“10 il öncə telefonumun üz qabığında idin, indi isə..." FOTO

Aparıcı və müğənni Murad Arifin həyat yoldaşının ad günüdür. SİA-nın məlumatına görə, bu münasibətlə Murad xanımını sosial şəbəkədə təbrik edib. Belə ki, o, evlilik fotolarını "İnstagram" hesabında paylaşaraq bu sözləri yazıb: “10 il öncə telefonumun üz qabığında idin. İndi isə həyatımın hər yerindəsən. Mümkün olsa, daha 50 il bərabər yaşayaq, sonra vəziyyətə baxarıq. Ad günün mübarək!”.

Qeyd edək ki, cütlüyün bir qız, bir oğlu var.

Bütün xəbərlər Facebook səhifəmizdə