Efirdə yıxılan Tünzaləni təhqir etdilər FOTOLAR + VİDEO

Xalq artisti Tünzalə Ağayevanın başına iş gəlib. SİA-nın məlumatına görə, o, canlı efirə bağalıb və idman hərəkətlərini göstərən zaman yıxılıb.

Onun verilişdən olan videosu sosial şəbəkələrdə yayılıb və böyük müzakirələrə səbəb olub. Ağayevanı həm təhqir, həm də tənqid ediblər.

Tünzalə sözügedən görüntülərlə bağlı ünvanına xoş olmayan sözlər deyən insanlara belə cavab verib: "Mənim məhz bu cür yıxılmağım böyük kompleksi olanları, həyatda özünü tapmayanları, bir sözlə bədbəxt cisimləri sevindiribsə, çox xoşbəxtəm. Bir anlıq da olsa özünüzə “güvəniniz" yarandı. Sizə lap yazığım gəldi. Əsas odur ki, ləyaqət, şərəf yıxılmasın. Onlar sonra nə yazıq ki, qalxmırlar. Mənim kimi yıxılıb sonra ucalmaq çox gözəl hissdir".

Bütün xəbərlər Facebook səhifəmizdə