Lalə ilk dəfə yeni doğulan qızını göstərdi FOTOLAR

Bu yaxınlarda ikinci dəfə ana olan aparıcı Lalə Əlimuxtarova üçün özəl gündür. SİA-nın məlumatına görə, onun yeni dünyaya gələn qızı Elifin 40 günlük mərasimidir.

O, bu haqda sosial şəbəkədə məlumat verib. Belə ki, Lalə ilk dəfə övladının üzünü göstərərək, şəkillərini "İnstagram" səhifəsində yayımlayıb. Fotolarda onun həyat yoldaşı da yer alıb. Əlimuxtarova paylaşımına bu sözləri yazıb: "Bu gün Elifimizin 40-cı günü tamam olur. Bəhrəsini, xeyrini görək".

Qeyd edək ki, Lalənin Melis adlı bir qızı da var.

Bütün xəbərlər Facebook səhifəmizdə