Murad: "O, çox yaxşı insan idi" FOTO

Aparıcı və müğənni Murad Arif ötən il vəfat edən atası haqda yazıb. SİA-nın məlumatına görə, o, sosial şəbəkədə atası ilə uşaq vaxtə çəkilən fotosunu yayımlayaraq bu sözləri qeyd edib: "Atamın ölümündən 1 il keçdi. İstəyirəm biləsiniz ki, o çox yaxşı adam idi. Doğru, dürüst, ailəsinə, bacı-qardaşlarına yanan, artıq dərəcədə sadiq, mehriban, pis vərdişlərdən uzaq, sağlam həyat tərzi yaşayan, tamamiylə ziyalı biri.. Söhbətləri, dünya görüşü, həyat təcrübəsi ilə bir dərinliyi, marağı var idi. Dünya rəssamları, muzeyləri, ədəbiyyatı, musiqi haqqında bilgiləri ilə özünə heyran etməyi yaxşı bacarırdı.

Bilirəm ki, heç kəs sona qədər yox olmur. Həm əməllərdə, həm nəsillərdə, həm də paralel aləmlərdə yaşayırıq. Ümidvaram məndən rahat və razısan. Gözəl insan, öyüd-nəsihətlərinə diqqət etməyə çalışıram. Ata, yerin behişt olsun".

Bütün xəbərlər Facebook səhifəmizdə