Röya da bu layihəyə qoşuldu VİDEO

Xalq artisti Röya Ayxan Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “HƏYATIN DƏYƏRLİDİR! EVDƏ QAL, AZƏRBAYCAN!” sosial layihəsində iştirak edib. SİA-nın məlumatına görə, ifaçı 75 yaşlı Nahidə xanımın virtual qonağı olub.

Bu haqda Röyanın özü xəbər verib: "Heydər Əliyev Fondunun təşəbbüsü ilə təşkil olunan “HƏYATIN DƏYƏRLİDİR! EVDƏ QAL, AZƏRBAYCAN!” sosial layihəsinə mən də qoşuldum. Böyük məmnuniyyətlə 75 yaşlı Nahidə xanımın virtual qonağı oldum. Bu gözəl xanımımızın evdən çıxmadan sevdikləriylə daim ünsiyyətdə olması üçün ona telefon hədiyyə etdim.

Onu da qeyd edim ki, ömrümün ən gözəl və şirin nəğməsi siz tamaşaçılarsınız. Bu gözəl nəğmələrin daimi olması üçün evdə qalın, mən də evdəyəm!"

Bütün xəbərlər Facebook səhifəmizdə