Öncə məşhur pop kralı sonra Azərbaycanın “mafiya babası”

Öncə məşhur pop kralı sonra Azərbaycanın “mafiya babası”
Tanınmış rejissor Nail Naiboğlu böyük bir layihə üzərində çalışır. SİA-ya məlumat verən rejissorun sözlərinə görə, onun yeni iş birliyi daha çox muğam ifaçısı kimi məşhurlaşan Samir Dərgahla bağlıdır: "Samir Dərgahla çox fərqli bir layihə işləyirəm. Bu layihə xarici ulduzlardan yalnız pop kralı Maykl Ceksonda olub. Biz analarımız bizi yatızdıran zaman oxuduqları "Layla" adlı mahnıya xalq notları qatıb, klip ərsəyə gətirəcəyik. Bu klipə dünyanın bütün millətlərinin uşaqlarını çəkəcəyik".

Nail onu da qeyd etdi ki, klipin çəkilməyində əsas məqsəd bütün dünyaya öz "Layla" mahnımızı tanıtmaqdır: "Yəni ki, bizim analarımız uşaqlarına oxuduğu "layla"nı bütün dünyanın anaları öz övladlarına oxuya bilərlər".

Nail onu da əlavə etdi ki, bu cür böyük layihənin əvəzində o, Samir Dərgahdan külli miqdarda qonarar tələb edib və Samir bununla razılaşıb. Artıq çəkilişlər başlayıb. Klipin hazır olacağı vaxt hələ ki, məlum deyil.

Bütün xəbərlər Facebook səhifəmizdə