Mələkxanım Eyyubovadan XƏBƏRDARLIQ

Ötən gün Xalq artisti Mələkxanım Eyyubovanın "Həyatı boyu botoks etdirmərəm" başlıqlı xəbərləri dərc olunub. SİA-nın məlumatına görə, buna qəzəblənən xanəndə xəbərdarlıq edib: "Belə bir gərgin vaxtda istəməzdim ki, bu cür xəbərdarlıq edim! Bu günə kimi öz mədəniyyətimə, səviyyəmə sığışdırıb heç bir sayta cavab verməmişəm. Amma vəziyyətimizin gərgin olduğu bir vaxtda reytinq xatirinə yersiz başlıqlar qoyub illərin sənətkarını lazımsız müzakirələr edirlər. Amma bilmirlər ki, həmin saytda bu xəbərləri hazırlayanların heç yaşı belə çatmaz ki, bizim kimi sənətkarların sənətinin 10 faizini təhlil etsinlər. Xəbərdarlıq edirəm bundan sonra reytinq qazanmaq üçün şəxsi həyatımla bağlı yersiz başlıqlar ilə heç bir xəbər paylaşılmasın! Boş vaxtınızı belə məsələlərə sərf etməkdənsə, xeyriyyə işləri ilə məşqul olun (əgər bacarırsınızsa...) Allaha dualar edin".

Qeyd edək ki, Xalq artisti Mələkxanım Əyyubova verilişlərin birində bu sözləri demişdi: "Həyatı boyu botoks etdirmərəm. Botoksun əlehinə deyiləm. İstəsəm də edə bilmərəm. Çünki mimika ilə danışıram, muğam ifaçısıyam. Zil diapazonda muğamlar oxuyuram. Botoksla üzümü keyləşdirsəm, necə oxuya bilərəm? Telefonların günahı var, normalda qəşəng görünürük, şəkli paylaşanda bizi bərbad göstərir".

Bütün xəbərlər Facebook səhifəmizdə