“Milk and Kisses” mətbuat konfransı edib

“Milk and Kisses” mətbuat konfransı edib
Bu gün "Milk and Kisses" qrupu media qarşısına çıxıb. SİA-nın məlumatına görə, onlar "Hardadır hisslər?" adlı klipinin təqdimat mərasimi keçiriblər.

Qrup üzvləri yanvar ayından etibarən reper Toni ilə birlikdə layihə həyata keçirirlər. Musiqi iki nəfər tərəfindən ifa olunub və miks olunmaq üçün İngiltərəyə göndərilib. Qrup üzvlərinin yeniliklərindən biri də Azərbaycan dilində danışmağa başlamalıdır. İndiyədək rus dilində danışan qızlar doğma dildə verdikləri açıqlamalarla mətbuatın qarşısına çıxıblar. Səlis danışmaqda çətinlik çəkən hər iki ifaçı əvvəlcədən hazırladıqları materialdan istifadə ediblər.

Qeyd edək ki, qrup payız aylarında reper Toni ilə konsert planlaşdırır. "Hardadır Hisslər" klipi Azərbaycan və Türkiyədə nümayiş olunacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə