Azərbaycanı "Eurovision-2009" yarışmasında Aysel Teymurzadə ilə birgə təmsil edən və ölkəmizə üçüncülük qazandıran, "Qızıl qrammafon" laureatı Araş evlənib. SİA-ya xarici mətbuata istinadən xəbər verir ki, dünyaca məşhur müğənni nişanlısı Benazla Dubayda nikaha girib.
Araş və Benaz toya 200 nəfərə yaxın qonaq dəvət ediblər. Toy mərasimi Fars körfəzində möhtəşəm mərasimlə baş tutub. 33 yaşında evlənməyə qərar verən Araş, əslən iranlı olan Benaza bir müddət əvvəl evlənmə təklifi edib.
Mərasimə qohum və yaxınlardan əlavə cütlüyün İsveç, Fransa, ABŞ və Rusiyadan olan dostları da mərasimə qatılıblar. Qonaqlar şərq nağıllarını xatırladan otelə daxil olmalarından məmnunluq keçirdiklərini də bildiriblər.
Araş həyat yoldaşı Benaza toy münasibəti ilə platindən hazırlanmış və üzərində çoxsaylı brilyant qaşlar olan boyunbağı hədiyyə edib. Bu boyunbağı Araşa 400 min dollara başa gəlib. Benaz isə bu hədiyyənin qarşılığında Araşa üzünü tutaraq "İndi mən dünyanın ən xoşbəxt insanıyam" deyib. Araş isə Benazın bu sözləri qarşısında "Mən dünyanın ən gözəl, qayğıkeş, ağıllı qadını ilə evləndim" deyərək, Benazın alnından öpüb.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB