Tahir İmanov: “...tənqid edəcəklər, arxamca danışacaqlar, sonradan görüşəndə isə qucaqlayıb öpəcəklər”-AÇIQLAMA

Tahir İmanov: “...tənqid edəcəklər, arxamca danışacaqlar, sonradan görüşəndə isə qucaqlayıb öpəcəklər”-AÇIQLAMA
Bu gün, sabah və aprelin 16-sı Heydər Əliyev adına Sarayda keçiriləcək "Planeta Parni iz Baku" KVN teatrının 10 illik yubiley ilə əlaqədar növbəti tamaşası nümayiş olunacaq. Bu barədə teatrın rəhbəri Tahir İmanov SİA-ya açıqlama verib. Onun sözlərinə görə, "Planeta Parni iz Baku" KVN teatrının yubileyi teatrın mərhum aktyoru Elçin Həmidovun xatirəsinə həsr ediləcək. Tahir İmanov açıqması zamanı həmkarını yadına salıb, xeyli kövrəldi: "O, hər şeydən əvvəl əsl insan idi. Həyatda da peşəkar olan insana rast gəlmək çətindir. Bilmirəm, belə anlayış var, yoxsa yox, lakin mənim üçün hər şeydən əvvəl o, peşəkar insan idi, yəni həyata, dostluğa, varlı və kasıb, nazir və ya süpürgəçi olmasından asılı olmayaraq, ətrafdakılara öz səmimi münasibətilə seçilən insan idi. Elçin belə insan olub, sonradan isə istedadlı aktyora çevrildi. O, həmişə KİV səhifələrində deyirdi ki, məhz bizim teatrın sayəsində məşhurlaşıb. Mən bilirəm ki, onun uzun illər işlədiyi Musiqili Komediya Teatrında bu sözlərə həsəd aparacaqlar, tənqid edəcəklər, arxamca danışacaqlar, sonradan görüşəndə isə qucaqlayıb öpəcəklər, lakin fakt faktlığında qalır. Bu, Elçin Həmidovun sözləridir".

Bir neçə saatdan sonra Heydər Əliyev adına Sarayda tamaşaçılara nümayiş olunacaq yubiley proqramına bunlar daxildir: "Televiziya verilişlərində siyasi və ictimai xadimlərin parodiyası ölkədəki korrupsiyaya qarşı aparılan qızğın mübarizə ilə bağlı olacaq. Bu mövzuya məşhur "Məhəllə" səhnəsində də toxunulacaq. Estradamızın ulduzlarının parodiyasına gəldikdə, ilk dəfə olaraq bizim teatr bunu fantastika janrında, lakin yumor prizmasından göstərəcək. Əminəm ki, bu nömrə yaddaşlarda çox qalacaq. Hamını konsertdə gözləyirik".

Bütün xəbərlər Facebook səhifəmizdə