Brilliant səs-küylü görüntüləri haqda nələr dedi? VİDEO

Xalq artisti Brilliant Dadaşova sosial şəbəkədə paylaşdığı şortikli videosundan danışıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışaraq onu tənqid edənlərə cavab verib: "Şortikimi geyindim, divanın kənarında oturub qəhvə içdim. Fotosessiya deyildi, klip çəkilişi zamanı fasilə idi. Dostlarım da videoya çəkdi.

Tənqid edənlərin özlərinə baxsanız, hər şey aydın olar. Onları "qara siyahı"ya atmıram. Elə insan var ki, yalandan 10 saxta profil açır. Ya da rəfiqələrinin profilindən girib mənə şərh yazırlar. Nəsə yazırlarsa, demək səninlə məşğuldurlar. Xoşum gəlməyənə, vaxt itirmərəm. Bunlar vaxt itirib, rəy yazırlarsa, deməli onlara maraqlıyam.

Özünə əziyyət verir yazır, şər, böhtan atır, təhqir etir, demək narahatdır. Onu silmək olmaz. Bir dəfə təhqir yazan izləyicini polisə şikayət etdim. Tapdılar, həmin uşaq bir Xalq artistinn tanışı çıxdı. Xalq artistinin qızının dostu idi. Uşağın nənəsi zəng etdi, mənim də ürəyim dözmədi, bağışladım".

Bütün xəbərlər Facebook səhifəmizdə