Pərvin: "Çox kişilərlə münasibətim olub..." VİDEO

Aktrisa Pərvin Abıyeva prodüser Tarix Əliyevin verilişində (Tolik) qonaq olub. SİA-nın məlumatına görə, Tolik aktrisaya əvvəlki sevgilisi Murad Abdullayevlə bağlı sual verib. Pərvin isə bu haqda danışmaq istəmədiyini bildirib: "Sözügedən şəxs barəsində danışmaq istəmirəm. Hazırda onunla heç bir əlaqəm yoxdur".

Pərvin sevgi münasibətlərində danışıb: "Hazırda həyatımda heç kim yoxdur. Amma bəziləri deyir ki, guya hansısa məmur mənə sponsorluq edir. Hətta mənə güllər göndərir. Bu tamamilə yalnış xəbərdir. Kaş həyatımda elə biri olardı (gülür). Onu da deyim ki, məni əldə etmək üçün madiyyata ehtiyyac yoxdur. Əsas odur ki, qarşı tərəf məni sevsin, qayğı göstərsin. Onu da qeyd edim ki, çox kişilərlə münasibətim olub. Amma heç vaxt onlardan pul istəməmişəm. Öz ürəklərindən nəsə gəlibsə, ediblər. Qürurumu heç vaxt alçatmamışam. Aciz xanım deyiləm".

O, bir çoxlarının ona bahalı əşya hədiyyə etmək istədiyini bildirib: "Bir çox kişilər mənə bahalı zinət əşyası və ya maşın bağışlamaq istəyib. Mən isə qəbul etməmişəm. Hətta "Maşın" şoudan çıxandan sonra məmurlardan biri mənə avtomobil hədiyyə etmək istədi. Həmin vaxtda həyatımda biri vardı. Ona görə də qəbul etmədim".

Pərvin açılışlara getdiyini də bildirib: "Məkan açılışlarına gedirəm. Qiyməti isə 5 min manatdır. Sosial şəbəkədə də reklam edirəm. Belə ki, səhifəmdə 1 milyon izləyicim var. 500-2000 manata "İnstagram" hesabımda reklam yerləşdirirəm".

Bütün xəbərlər Facebook səhifəmizdə