Azərbaycanlı müğənni karantin rejimini pozduğu üçün cərimələndi VİDEO

Müğənni Nihat Məlikin başına iş gəlib. SİA-nın məlumatına görə, o, karantin rejimini pozduğu üçün 100 manat cərimələnib.

Bu haqda ifaçının özü məlumat yayıb. Belə ki, Nihat Məlik video çəkərək "İnstagram" səhifəsində paylaşıb və bu sözləri deyib: "Karantin rejimini pozduğum üçün polislər tərəfindən 100 manat cərimələndim. Nə işimiz, nə də pulumuz var. Ona görə evdə qalın".

Bütün xəbərlər Facebook səhifəmizdə