Xatun: "Adam olaq, köhnə nadanlıqları etməyək"

Müğənni Xatun Əliyeva türkiyəli həmkarı Sərdar Ortacın "İndi daha çox pulun, çantan, brend geyimlərin, bahalı ayaqqabıların olsa belə, hara gedəcəksən, harada geyinəcəksən? Artıq sən də hər kəs kimisən" sözlərinə münasibət bildirib. SİA-nın məlumatına görə, o, bu sözləri deyib: "Hamımız günahkarıq. Bütün dünya... Hər şey bax belə sıfırlanarmış. Heç birimiz süddən çıxmış ağ qaşıq deyildik.

Geyimləri, sürdükləri, evləri ilə öyünənlər, bir-birinin acığına malları ilə yarışanlar... "Dövran gələr" deyirdilər, bax, o gün bu günlər imiş. Qorxu içində yaşamaq... Artıq mal-mülk də gözdə deyil, ancaq can sağlığı istəyirik. Allah hər birimizin günahından keçsin. Allah rəhm edə, yenidən şans verə, bu bəladan bizi qurtara. Biz də adam olarıq, köhnə nadanlıqları etmərik. Dua edək, Rəbbim bizə mərhəmət etsin".

Bütün xəbərlər Facebook səhifəmizdə