Tarkan ailəsi ilə Almaniyada karantində

Müğənni Tarkan koronavirus infeksiyasından qorunmaq üçün bir neçə həftə əvvəl Almaniyaya yollanıb. SİA-nın türk mətbuatına istinadən verdiyi xəbərə görə, ifaçı hələ virus geniş yayılmadan özünü oradakı evində karantinə alıb.

Tarkan həyat yoldaşı və övladı ilə birlikdə doğulduğu Köln şəhərində Alzey qəsəbəsindəki evinə köçüb. İnsanların çox olduğu ərazilərdən uzaqlaşmaq qərarına gələn müğənni küçəyə addım da atmır.

Dostlarının dediyinə görə, Tarkan alış-verişə də getmir. Bunun üçün o, əvvəlcədən lazımi qədər ərzaq alıb, evinə yığıb. Lazım olan digər qidaları isə onun üçün alıb gətirən işçilər tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə