Nazilə: "Bəziləri hacı yarışmasına çıxmışdı, bu da sonu"

Şairə-aparıcı Nazilə Səfərli

Heç kimlə yola getmədik, arxada qalanı saymadıq, kasıbı xorladıq, zənginə yamaq olduq, öndə gedəni min hiylə ilə gözdən salmağa çalışdıq. İlahi dilimiz min söz danışdı, üzümüzdə neçə üz yetişdirdik?! Sərvət qazananda dost itirdik, dost tapanda sərvətimizi mənimsədi. Səmimiyyətə həsrət qadıq. "Onun maşını mənim avtomobilimdən bahalı ola bilməz", "o, kimdi ki, məndən artıq yaşasın", "uşaqlarımız xaricdə 100 minlik məktəbdə oxumalıdır", "marka geyinməliyik, brend qızıl taxmasaq bizə pis baxarlar", "çantamız 30 min manat olmalıdır" kimi fikirlərə düşdük. Ev xanımlarımız belə səyahət yarışmasına çıxdı. Sadə həyat sürənə "çuşka" dedik. Qeybət etməyənə əxlaqsız kimi baxdıq. Yuva yıxmaq fəxarət oldu. Bəziləri hacı yarışmasına çıxdı. Bu da axırı. Allah aza qane olmadığımız üçün bəlaların şahını bizə verdi. Allahın qəzəbinə gəldik".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...