Xalq artisti: "Azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq"

Xalq artisti Zülfiyyə Xanbabayeva karantin rejimindən bəhs edib. SİA-nın məlumatına görə, o, insanları evdə qalmağa çağırıb: "Günlərdir düşünürəm: baş verənlərdən, hazırda yaşadıqlarımızdan, gələcəkdən... Bir-birimizə qucaq açmaq, əl uzatmaq, sadə görüşlər belə sanki bizə çox görüldü. Niyə?

Bəlkə azadlığın, sərbəst həyatın dəyərini unutmuşduq?! Çox istərdim ki, hər birimiz düşünək. Həyatda təsadüflərin olmadığından, insanlığın yaşadığı hər şeyin bir mesaj olduğundan, yaxşılıqdan və pislikdən... Hər şeydən düşünək. Tətildən, panikadan, baş verənləri şouya çevirməkdən yox, həyatımızdan, atdığımız addımlardan, haqqdan düşünək. Daha dərindən düşünək.

İnanıram! Əzizlərimizi, doğmalarımızı, dostlarımızı bərk-bərk qucaqlayıb həyatın bütün gözəlliklərini doya-doya yaşayacağımız günlər uzaqda deyil. Dualarımızı əskik etməyək".

Bütün xəbərlər Facebook səhifəmizdə