Kıvanç Tatlıtuğun səhhətindən xəbər var

Koronavirus infeksiyasına yoluxduğu düşünülən türkiyəli aktyor Kıvanç Tatlıtuğun səhhətindən xəbər var. SİA-nın məlumatına görə, aktyor sosial şəbəkədə COVİD-19 testinin nəticələrini açıqlayıb: “Yüksək hərarət və öskürək şikayəti ilə getdiyim xəstəxanada ağciyərimdə yüngül sətəlcəm əlaməti aşkar edildi. Buna görə də həkimlərin müşahidəsi altına alındım. Koronavirus testimin nəticələri isə neqativ çıxdı. Son müayinələrdən sonra lazım olarsa, müalicəmi evdə davam etdirəcəyəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə