Müğənni öz bacısına klip çəkdirir

Müğənni öz bacısına klip çəkdirir
Gənc müğənni Leyla Ramazanlı artıq 10-cu klipinin çəkilişlərinə hazırlaşır. Bir müddət bundan öncə sözləri Arzu Əsədov və musiqisi İsmayil Əsədova məxsus olan "Sev Məni" mahnısı Leylanın pərəstişkarlı tərəfdən xoş rəylərlə qarşılandı. Mahnı internet və radio dinləyicilərinə təqdim olundu.

Bu barədə SİA-ya müğənnin mətbuat katibi Ceyhun məlumat verib: "Hər zaman fərqli olan müğənni, bu klipi ilə də yadda qalacağına inanır. Klipdə rəqslər də olacaq. Rəqs qrupları ilə müğənninin bir həftədən çoxdur ki, məşqləri gedir. Klipin rejissoru isə hər zaman Leylanın kliplərinə ona dəstək olan Xavər Ağamalıyevadır".

Qeyd edək ki, Xavər Ağamalıyeva Leyla Ramazanlının bacısıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə