Rəhman Rəhmanov əməliyyatdan sonra ilk dəfə danışdı VİDEO

Əməkdar artist Rəhman Rəhmanov əməliyyatdan sonra ilk dəfə kamera qarşısına keçib. SİA-nın məlumatına görə, o, verilişlərin birinə açıqlama verib və bildirib ki, əməliyyatdan sonra xeyli çəki atıb: "Bir neçə gündür yataqdan qalxmışam. Az-az yemək də yeyirəm. Çox əziyyət çəkdim, fəsadları hələ də qalıb. 13 kiloqram arıqladım, bu isə yaxşı deyil".

R.Rəhmanov oğlu Emilin və gəlinin ona qulluq etməməsi ilə bağlı sualları da cavablandırıb. "İstəmirəm yanıma gəlsinlər. Onlar Bakıxanovda qalır. Bu virusla gəlmək, qayıtmaq yaxşı deyil. Onlara nəsə olar, nə edərəm? Onlara qurban olum. Gəlinim deyirdi ki, qal bizdə, sənə qulluq edəcəm".

Qeyd edək ki, R.Rəhmanovun əməliyyat zamanı bağırsaq yolunu kəsən daş çıxarılıb. Aktyor şəkərli diabetdən əziyyət çəkdiyi üçün əməliyyat açıq deyil, endoskopik yolla baş tutub.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...