Nahidə Orucovanı aldadıb, pulunu əlindən aldılar VİDEO

Əməkdar artist Nahidə Orucovanın başına iş gəlib. SİA-nın məlumatına görə, onu aldadaraq, pulunu alıblar. O, bu haqda verilişlərin birində danışıb: "Elnarə Abdullayeva adlı qadın məndən pul alıb geri qaytarmır. Gizlənib, telefonlarıma cavab vermir. Özü də zəng edib demir ki, gözlə, imkanım yoxdur, pulu qaytaracam. Əlimdə ancaq mesajları var, tək sübutum odur. Bir yaxınım var, ev almalıydıq. Bu qadın da bizdən pul alıb, dedi ki, sizi də siyahıya salacam. Amma salmadı. Evi də ala bilmədik. Əvvəl məbləğ 4 min idi, indi 8 minə qalxıb. Neçə vaxtdır səsimi çıxarmıram. Qadındır, qıymırdım ki, polisə düşsün.

Elnarə, üzə çıx, borcu qaytar. Pislik etmək istəmirəm".

Proqrama zəng edən Xalq artisti Məleykə Əsədova Elnarə adlı qadınla bağlı başqa iddialar ortaya atıb: "Elnarə Abdullayeva çox adamı aldadıb. Getdiyim salonda bu hadisəni eşitmişdim. Orada ən azı 30 qadınla bu haqda danışdım. Elnarə hamıya pul atıb. Salona qızıllar taxıb, bahalı maşınlarla gəlirmiş. Hamıdan ev adıyla pul alıb. İndi onu məhkəməyə veriblər. Yazıq insanların başına oyun açıb. Dələduzluq edib, camaatın son qəpiyini alıb. İndi də qaytarmır, gündə bir yalan deyir. Məhkəmələrə də getmir".

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...