İş adamı: "Sevinclə sevgili olmuşuq" VİDEO

Bir müddət öncə Türkiyə mətbuatında yerli müğənnimiz Sevinc Ağaşirinovanın meneceri Levent Mümin tərəfindən təcavüzə uğradığı haqda xəbərlər yazılmışdı. SİA-nın məlumatına görə, hətta yazıda qeyd edilmişdi ki, həmin şəxs ona təcavüz etdikdən sonra şantaja əl atıb. Buna görə də ifaçı Levent Mümini polisə şikayət edib.

Polis hazırda Levent M.-lə bağlı araşdırmaya başlayıb.

Hadisənin 2 il əvvəl baş verdiyi vurğulanıb. Onlar 5 ay birlikdə işləyiblər. Daha sonra Levent Sevincə ondan xoşu gəldiyini deyib və evlənmək istədiyini bildirib. O, "yox" cavabı aldığı halda onu Azərbaycanda biabır etməklə, Türkiyədə qalmasına imkan verməməklə, öldürməklə şantaj edib. Sevinc polisə Azərbaycandakı evini satıb, Leventə 300 min lirə verdiyini açıqlayıb.

Sevincin şikayəti əsasında Leventin 5 il həbs cəzası istənilib. Məhkəmə yaxın günlərdə qərar çıxaracaq.

Məsələ ilə bağlı olaraq qarşı tərəf Levent Mümin verilişlərin birinə açıqlama verib: "Mən Sevincə təcavüz etməmişəm. Onunla şəxsi münasibətim olub, evlənəcəkdik. Bunu bütün dostlarımız bilirdi. Hətta ailələrimiz bir-biriləri ilə tanış olmuşdu. Onu çox sevirdim. Sevinc mənimlə münasibətdə olan zaman ərzində ona maddi və mənəvi dəstək oldum. Evimi belə sataraq onun Türkiyədəki fəaliyyəti üçün xərclədim. Qaldı ki, onu şantaj etmək məsələsinə qətiyyən belə bir hərəkət etməmişəm. Bu şər-böhtandan başqa bir şey deyil".

Levent Sevincin polisə Azərbaycandakı evini satıb, ona 300 min lirə verdiyi sözlərinə isə belə cavab verib: "Qətiyyən belə bir hadisə olmayıb. O, mənə pul verməyib. Əksinə mən ona görə mənzilimi satmışam. Bunu da ailəm və bütün dostlarım bilir. Sevincin isə Bakıdakı evini satıb-satmadığından xəbərim yoxdur. Xüsusi ilə onu da qeyd edim ki, mən onun meneceri olmamaışam. Sevincin meneceri Bakıdan gətirdiyi dostu olub. Mən ona sponsorluq etmişəm".

Bütün xəbərlər Facebook səhifəmizdə