Natavan və Dadonu tənqid etdilər VİDEO

Məşhur cütlük müğənni Natavan Həbibi və reper Dado yenidən gündəmə gəliblər. SİA-nın məlumatına görə, onlar sosial şəbəkədə oğullarının yeni görüntülərini yayıblar.

Videoda maraqlı məqam burasındadır ki, cütlük rus dilində danışaraq övladlarına nəyisə başa salmağa çalışırlar.

İzləyicilər Natavanın və Dadonun bu addımını qınayıblar. Qeyd ediblər ki, niyə Azərbaycan yox, rus dilində danışmağa üstünlük verirlər. Eyni zamanda uşaqlarına rus dilində danışmağı da məcbur edirlər.

Bir çox sosial şəbəkə istifadəçiləri isə Natavan və Dadonun tez-tez ayrılıb-boşanma xəbərləri ilə gündəmə gəldikləri üçün onları tənqid ediblər.

Bütün xəbərlər Facebook səhifəmizdə