Elxan Qaraqan: “Mənim qaranlığım”-FOTO

Elxan Qaraqan: “Mənim qaranlığım”-FOTO
Dünən Azərbaycan Opera və Balet Teatrında ilin gənci, H.O.S.T qrupunun solisti Elxan Qaraqanın "Mənim qaranlığım" adlı konserti keçirilib. SİA-nın məlumatına görə, Azərbaycanda ilk dəfə balet və pantomimin müşayiəti ilə keçirilən hip-hop müzikl konsertə müxtəlif yaş qruplarına mənsub tamaşaçılar gəlib. Tədbirin rəsmi qonaqları sırasında ABŞ-ın Azərbaycandakı səfirliyinin əməkdaşları, siyasətçilər, şou-biznes nümayəndələri olub. Zalın ön sıralarında əyləşənlər arasında Ümid Partiyasının sədri, millət vəkili İqbal Ağazadə, jurnalist Qulu Məhərrəmli, deputat Aqil Abbas, yazıçı Rəşad Məcid, bəstəkar Vaqif Gərayzadə, telejurnalist Nərgiz Cəlilova, xalq artisti Faiq Ağayev, Fərqanə Qasımova, Siyavuş Kərimi və digərləri var idi.

Tədbirin birinci hissəsini pantomima aktyoru Pərviz Məhərrəmov açıb. Pantomim rəqsin ardından proqram Qaraqanın musiqiləri və klipləri ilə davam edib.

Bütün xəbərlər Facebook səhifəmizdə