Şəbnəm: "Haqqını ölüncə ödəyə bilmərəm" FOTO

Bu gün müğənni Şəbnəm Əsədova (Tovuzlu) üçün özəl gündür. SİA-nın məlumatına görə, ifaçının atasının ad günüdür. O, bu münasibətlə valideynini sosial şəbəkədə təbrik edib. Belə ki, atası ilə birgə çəkdirdiyi şəkli "İnstagram" səhifəsində paylaşıb və bu sözləri yazıb: "Canım atam, bu gün 65 yaşın tamam oldu. Sənə Allahdan can sağlığı, uzun ömür diləyirəm. Hər zaman başımızın üstündə ol. Həyatını mənə həsr edib, ürəkli və gözəl böyütdün. Sənin sayəndə uşaqlığım xoş keçib. Haqqını ölüncə ödəyə bilmərəm. Qayğıkeş atam, nə yaxşı ki, varsan".

Qeyd edək ki, Şəbnəmin sosial şəbəkədə yayımladığı fotoda həmkarı Nazənin də yer alıb.

Bütün xəbərlər Facebook səhifəmizdə