Hər zaman vətənpərvər Gülbahar Şükürlü- FOTO

Hər zaman vətənpərvər Gülbahar Şükürlü- FOTO
Azərbaycanın əməkdar artisti, tanınmış qarmon ifaçısı Gülbahar Şükürlü özünü şou-biznes nümayəndəsi hesab etməsə də onunla sənətçi dostlarının təşkil etdiyi məclislərdə tez-tez rastlaşırıq. Sonuncu dəfə təşkil olunan məclislərin birində səhnədə öz musiqi hədiyyəsini etdiyi zaman, özlüyümüzdə maraqlı nüans aşkarladıq. Bələ ki, canı qədər özünə əziz bildiyi qarmonun pərdələrində Azərbaycan bayrağını görəndə, təəccübümüzü gizlətmədik. SİA-ya açıqlama verən əməkdar artist vətənpərvərlik hisslərindən ürəkdolusu danışdı: "Azərbaycanı sevmək azdır. Onun dövlət atributlarına sevgi ilə yanaşı, hörmət bəsləmək hər birimizin müqəddəs borcu olmalıdır. Vətənpərvər olduğum üçün istədim ki, ən yaxın sirdaş bildiyim qarmonumun pərdələrində dövlət bayrağımız həkk olunsun. Tam səmimiyyətimlə deyirəm, sizin kimi bunu görüb o qədər təəccüblənən insanlarla rastlaşıram ki, artıq bu sualı cavablandırmaq prinsiplərimdən birinə çevrilib. Bu yeniliyə ilk mən imza atdım, inşallah digər həmkarlarım da qoyduğum yolu davam etdirərlər".

Bütün xəbərlər Facebook səhifəmizdə