Aşıq Samirə həyat yoldaşı ilə bir klipə çəkilib

Aşıq Samirə həyat yoldaşı ilə bir klipə çəkilib
Prodüseri Rizvan Məmmədovla ailə həyatı quran Aşıq Samirə həyat yoldaşı ilə birlikdə klipə çəkilib. SİA-nın məlumatına görə, öz evliliklərini həyatlarının "ikinci bahar"ı adlandıran cütlüyün klipi də "İkinci bahar" adlanır.

Klipdə özünü aşıq yox, müğənni qismində sınayan Samirə ekran işindən məmnun qaldıqlarını bildirib. Sezen Aksunun repertuarından olan "İkinci bahar" adlı mahnıya çəkilən klipin əsas hissələri Samirə və Rizvan cütlüyünün evində çəkilib. Rejissoru Ülviyyə Könüldür.

Bütün xəbərlər Facebook səhifəmizdə