Müğənni Nüşabə Ələsgərli televiziya tamaşaçılarına aktrisa kimi də yaxşı tanışdır. Müğənniyə seriala çəkilmək təklifi gəlib. Lakin o, nədənsə, bundan imtina edib: "Mən bundan əvvəl bir dəfə seriala çəkilmişəm. Çox əziyyətli işdir, amma əziyyətli olduğu qədər də insana zövq verir. Belə düşünürəm ki, yəqin, oynadığım rol bəyənilib ki, növbəti dəfə belə bir fikrə gəliblər. Lakin işlərimin həddən artıq çox olması mənə bu imkanı vermir. Çox vaxt müğənnilərin filmə və ya seriala çəkilməsini aktrisalar qəbul etmirlər. Bunun da müqabilində müxtəlif söz-söhbətlər yaranır. Çalışdığım qədər qalmaqallardan uzaq qaçdığım üçün və edilən təklifdən imtina etdiyim üçün, ssenari müəllifinin, eləcədə rejissorun adını açıqlamaq istəmirəm. Sonra deyəcəklər ki, Nüşabə yenə də reklam ardınca qaçır".
SİA-ya yeni mahnılar üzərində işlədiyindən də danışan Nüşabə xanım qeyd etdi ki, bəzi mahnılarını yeni aranjemanda yenidən səsləndirəcək.
SİA-ya yeni mahnılar üzərində işlədiyindən də danışan Nüşabə xanım qeyd etdi ki, bəzi mahnılarını yeni aranjemanda yenidən səsləndirəcək.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB