Bu gün daha çox "Saqqız" ləqəbi ilə məşhur olan müğənni Emil Bədəlovun yeni albomunun və klipinin təqdimat mərasimi keçirilib. SİA-nın məlumatına görə, mərasimdə yerli şou-biznes nümayəndələri çoxluq təşkil edib. Onların sırasında Sevda Yəhyayeva, Samira, Sevinc Musayeva, Natəvan Həbibi, Ramal İsrafilov, Zamiq, Elnur Məmmədov, Sevinc Ağaşirinova, Mirkamil Kamilov, Kərim, meyxanaçı Vüqar, bəstəkar Nazim Məmmədov və başqaları olub.
"Bakı gecələri" adlı albomuna 17 mahnı daxil edən Emil yeni klipini də uşaqlıq dostu olan Əlişahinlə çəkdirib. "Dost qalaq" klipinin süjet xətti sevgi üzərində qurulub.
Media qarşısına yenilikləri ilə çıxan Emin özünü aktyor kimi sınayacağını gizlətsə də, onun yaxın dostu bəstəkar Nazim Məmmədov məlumatı açıqlayıb. Belə ki, Azərbaycan xalqının yaralı yeri olan Qarabağ mövzusunda dövlət sifarişi ilə çəkilən filmin baş rol ifaçısı Emil, rejissoru isə Samir Kərəmoğludur. Filmdə məhşur "Brodyaqa" filminin aktyorlarından bəzisi Emillə birgə çəkiləcək. Filmdə Mədəniyyət və Turizm Nazirliyinin əməyi də var".
Yerli şou-əhlinin yeyib-içib, rəqs etdiyi tədbirdə məlum olub ki, Emil bəstəkar Aygün Səmədzadədən yeni mahnı alıb və müğənni Eltonla duet ifa etməyə hazırlaşır.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB