Stilist Samiraldonun ölüm xəbəri yayılıb. Bəzi "xəbər" saytlarının yaydığı məlumata görə, Samiraldo avtomobil qəzasında dünyasını dəyişib.
Xəbəri dəqiqləşdirmək üçün stilistin özü ilə əlaqə saxladıq. SİA-ya açıqlama verən Samiraldo məlumatın yalnış olduğunu bildirdi: "İldə iki dəfə məni öldürürlər. Hazırda sağ-salamatam, mənə heç nə olmayıb. Hər şey yaxşıdır. Adlarını belə bilmədiyim xəbər saytları yazıb ki, guya avtomobil qəzasında dünyamı dəyişmişəm. Günlərdir telefonlarım susmur. Belə məlumatları yazan saytlara ayıb olsun".
Müəllif: Ceyran Əsgərova
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB