Yarıçılpaq şəkillərlə soyqırımını anan erməni əsilli model türkləri günahlandırdı
Erməni əsilli məşhur amerikalı model Kim Kardaşian "Cosmopolitan" jurnalı üçün çəkdirdiyi şəkillərin Türkiyədəki "Cosmopolitan" jurnalında da istifadə edilməsinə qəzəblənib.
SİA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, yalnız ABŞ-da nəşr olunan "Cosmopolitan" jurnalının aprel buraxılışı üçün çəkilən şəkillərin Türkiyə jurnalının üz qabığında olacağını bilmədiyini iddia edən model bu haldan çox qəzəbləndiyini vurğulayıb.
Model jurnal üçün çəkdirdiyi fotoşəkillərin hansı ölkələrdə nəşr olunacağı siyahının içində Türkiyənin olmadığını da bildirib.
Erməni əsilli modelin şəkillərinin Türkiyənin bu aykı, yəni aprel buraxılışının üz qabığında olması erməni soyqırımı gününün anıldığı 24 aprellə üst- üstə düşdüyü üçün ABŞ-dakı ermənilərin də etirazına səbəb olub.
ABŞ-dakı erməni lobbisinin öndə gedən vəkili Mark Geraqos modelin Türkiyədə çıxacaq jurnalın aprel buraxılışında çıxmasına görə ABŞ-dakı jurnal rəhbərliyini şikayət edib.
Erməni vəkili Geraqos: "K. Kardaşianın şəkillərinin məhz aprelin 24-də Türkiyə jurnalında çıxması ermənilərin yaralarına duz basmaqdan başqa bir şey deyil",- deyə əlavə edib.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB