Bütün dünyada yayılan koronavirus əleyhinə ölkəmizdə də bir sıra tədbirlər görülüb. SİA-nın məlumatına görə, dövlət qurumları tərəfindən insanların sıx məkanlarda birləşməsinin qarşısını almaq üçün mümkün olduqca evdən çıxmamaları tövsiyə olunub.
Lakin aparıcı Günay Firudinqızı dövlət qurumları tərəfindən verilən məsləhətlərə əhəmiyyət vermir. Günay özü ilə yanaşı insanları da xəstələnməyə çağırır. Belə ki, o, "İnstagram" səhifəsində restoranların birindən foto paylaşaraq “Rədd olsun korona, yaşasın restoranlar” şərhini yazıb.
Onun bu paylaşımı isə sosial media istifadəçiləri tərəfindən xoş qarşılanmayıb. Günay tənqidlərə məruz qalıb.
G.Firudinqızı isə yazılan rəylərə əhəmiyyət verməyib.



Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB