Əməkdar artist Nüşabə Əlsəgərli qızı Nigarın toy vaxtını açıqlayıb. SİA-nın məlumatına görə, o, bu haqda verilişlərin birində danışıb. İfaçı bildirib ki, toyun yay ayında olması gözlənilir: "Toy iyulda olacaq. Məclisə xaricdən çox önəmli bir qonaq gətirməyi düşünürəm".
Qeyd edək ki, ifaçının qızı Nigar Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsində çalışır. Onun ailə quracağı Gino isə aşpazdır. O, Türkiyə vətəndaşıdır.

Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB