Murad bu sözlərinə görə tənqid olundu

Murad bu sözlərinə görə tənqid olundu

Türkiyəli müğənni Murad Boz söz-söhbətə səbəb olacaq addım atıb. SİA-nın məlumatına görə, bir çox məşhur simalar koronavirus (COVİD-19) epidemiyası səbəbi ilə evdən çölə çıxmadığı halda, Murad küçədən fotolar paylaşaraq hər kəsi gəzməyə dəvət edib: "Çətin günlər keçiririk, amma özünüzü evə həbs etməyin. Hava gözəl olduğu üçün bayıra çıxın. İdmanımı açıq havada edəcəm, siz də bayıra çıxın, evdə oturmayın”.

Sosial şəbəkə istifadəçiləri tərəfindən tənqidlə üzləşən sənətçi daha sonra "İnstagram"da canlı yayıma girib və bildirib ki, Səhiyyə Nazirliyinin xəbərdarlıqlarına əməl etmək lazımdır: “Məcbur olmadığınız halda çölə çıxmayın. Mən nazirliyin xəbərdarlıqlarına əməl edirəm”.

Bütün xəbərlər Facebook səhifəmizdə