Elza Xalq artistinin dəfninə başında tacla gəlməsinə aydınlıq gətirdi FOTOLAR
Xəbər verdiyimiz kimi, Xalq artisti Rafael Dadaşov vəfat edib. SİA-nın məlumatına görə, dəfn mərasiminə bir çox tanınmış simalar qatılıb. Onlar arasında Əməkdar artist Elza Seyidcahan da olub. O, mərhum aktyorun vida mərasiminə başında tac ilə qatılıb. Bu da ətrafdakıların diqqətindən yayınmayıb.
Əməkdar artist Elza Seyidcahan ötən gün Xalq artisti Rafael Dadaşovun dəfn mərasiminə başında tacla gəlməsinə aydınlıq gətirib: “Çəkilişə getmişdim. Getməsəm də, Elza Seyidcahan hara və necə getməlidir çox yaxşı bilir. O çılpaq, oralarını-buralarını kəsdirənlər, dolduranlar öz dərdlərini çəksinlər. Yas mərasiminə tacla getmək olar. “Getmək olmaz” deyənlər kübar deyillər. Zadəganlıqdan, Avropa mədəniyyətindən xəbəri olmayanlar irad bildiribilər. Lap elə Avropa mədəniyyəti olmasın, tarixdə xanımlarımız, mollalarımız daş-qaş içində içində par-par bərq vururlar. Qırmızı geyinmə, qara geyin, amma başına tac qoy. Orada kimsə papaq qoymuşdu, kimsə çalma, broş taxmışdı. Mən də başıma tac qoymuşam, qaşları da qaradır. Bəli, çəkilişə gedirdim. Qırmızı qaşlı yaxud qızılı olsaydı, çıxarardım.
Elza Seyidcahanın gətirdiyi obrazları, stilləri, imicləri, tərzləri, yenilikləri indi o boyda Ledi Qaqalar təkrarlayıb milyonlar qazanırlar. Elzanın hansı addımı yazılmayıb ki? Qoyun, yazsınlar. Bu gün də tacımdan yazsınlar. Sənətim, geyimim, şeirim bir yana... Amma istəyirəm onlara deyim ki, bilin və agah olun: Siz səhvsiniz, Elza Seyidcahan həmişəki kimi yenə düzdür!”.
Sənətçinin həmin an lentə alınan fotolarını təqdim edirik:




Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB