May ayında Niderlandda keçirilməsi planlaşdırılan “Eurovision – 2020” mahnı yarışması koronavirus təhlükəsi ilə əlaqədar ləğv olunmayacaq. SİA-nın xarici mətbuata istinadən verdiyi xəbərə görə, bu barədə Rotterdam şəhər hakimiyyəti qərar qəbul edib.
Rotterdam bələdiyyə şurasının əməkdaşı Said Kasmi hakimiyyətin virusun yayılmasına gündəlik nəzarət etdiyini bildirib.
“Hələ ki, yarışma hər hansı əlavə qərarın verilməsini tələb etmir. Hazırlıq işləri davam etdirilir. Düşünürəm ki, aprelin ortasında bu suala bir daha qayıtmaq lazım olacaq, ancaq müsabiqəyə qədər hələ vaxtımız çoxdur”, - deyə o əlavə edib.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB