Sevda Yahyayeva toyunun vaxtını açıqladı

Sevda Yahyayeva toyunun vaxtını açıqladı

Müğənni Sevda Yahyayeva verilişlərin birində qonaq olub. SİA-nın məlumatına görə, ifaçı toyunun vaxtını açıqlayıb: "Başıma gələn xoş hadisəni bütün subay qızlara və bəylərə arzu edirəm. Bu hisslər çox gözəldir. Çox xoşbəxtəm. Çünki qismətimdə olan insan tam ürəyimcədir. Bu da mənim üçün ikiqat sevincdir. Onu da qeyd edim ki, həyatımın ən önəmli qərarını vermişəm. İnşAllah hər şey gözəl olar. Buna çox inanıram. Qismət olsa, toyumuz yayda baş tutacaq. Bu haqda çox danışmaq istəmirəm. Xoş günümdə bütün dostlarımı dəvət edəcəm".

Bütün xəbərlər Facebook səhifəmizdə