“Tin uşaqları” toy biznesindən söz açdılar

“Tin uşaqları” toy biznesindən söz açdılar
Azərbaycanın toy biznesində kifayət qədər tanınan "Tin uşaqları" qrupu elə toylarda baş verənlərdən danışıblar. SİA-ya açıqlama verən qrup üzvlərinin sözlərinə görə, onlar daim toy və şou-proqramlarda iştirak edirlər: "Bizdə standart, stabil toy idarə etmək və qiymət danışmaq yoxdur. Adətən toya vaxtla gedirlər. Biz isə müştərinin maddi vəziyyətinə baxırıq. Bizi tanıyanlar bilirlər ki, biz fərqliyik. Bizim sənətə, insanlara münasibətimiz fərqlidir. Bizdə heç vaxt problem, kapriz olmur. İstənilən vəziyyətdə, istənilən insan üçün, istənilən qiymətə gedirik. Bizim sənət baxımından fərqliliyimiz repertuarımızdan ibarətdir. Biz sırf öz mahnılarımızı və bir də köhnə Bakıda yaranmış retro musiqilərimizi ifa edirik".

Qrup üzvlərindən toya getdikləri qiyməti soruşsaq da bir cavab ala bilmədik: "Bizdə konkret məbləğ olmur. Biz toyu bütünlüklə idarə etmirik. Yarım saatlıq repertuarımız var. Bütün toyu aparmaq üçün gərək xanəndə olasan. Bizdə ancaq öz repertuarımızdır- "Sənin olsun", "Maşallah", "Sən", "Memuri" və s.".

Bütün xəbərlər Facebook səhifəmizdə