Samir Bağırov Aygün Kazımovanı kimə dəyişdi?

Samir Bağırov Aygün Kazımovanı  kimə dəyişdi?
Yerli mətbuat dəfələrlə xalq artisti Aygün Kazımova ilə səhnənin ən ekstrovaqant müğənnisi Samir Bağırovun duet oxuyacaqları barədə xəbər yazmışdı. Lakin səhnəmizin divası Aygün xanım Samir Bağırov üçün vaxt ayırmadı. Samirin çoxsaylı zənglərini cavabsız qoyan Aygün Kazımova "yox" demək istədiyini dolayısı ilə başa saldı. Bu hərəkət isə Samir Bağırovu Aygün Kazımovanın yolunu gözləməkdən çəkindi.

SİA-ya açıqlama verən Samir gözləməkdən yorulduğunu dilə gətirdi: "Aygün Kazımova ilə duetimi təxirə salıram. Daha doğrusu, Aygün Kazımovanın yerinə xalq artisti Zülfiyyə Xanbabayeva ilə oxuyacağam".

Bütün xəbərlər Facebook səhifəmizdə