Azərbaycanlı aparıcı münsifləri təəccübləndirdi VİDEO

Azərbaycanlı aparıcı münsifləri təəccübləndirdi VİDEO

İTV-də yayımlanan "Səs uşaqlar" yarışmasına aparıcılıq edən Leyla Quliyeva münsifləri təəccübləndirib. SİA-nın məlumatına görə, aparıcı vokal bacarığını nümayiş etdirərək yarışmanın buraxılışlarından birində mahnı oxuyub. O, Polad Bülbüloğlunun repertuarında yer alan "Durnalar" mahnısını səsləndirib.

Leylanın ifası münsif kürsüsündə əyləşən Xalq artisti Zülfiyyə Xanbabayeva, müğənnilər Murad Arif və Çingiz Mustafayevi təəccübləndirib.

Qeyd edək ki, L.Quliyeva 2010-cu ildə Azərbaycan Milli Konservatoriyasının vokal fakültəsini bitirib.

Bütün xəbərlər Facebook səhifəmizdə