Elza yenə Mətanətə söz atdı

Verilişlərin birində müğənni Mətanət Əsədova ilə üz-üzə gələn Əməkdar artist Elza Seyidcahan sosial şəbəkədə bu barədə paylaşım edib. SİA-nın məlumatına görə, sənətçi kanalın yeni rəhbəri, Xalq artisti Murad Dadaşovdan üzr istəyib: “Manaf müəllimi gözlədim ki, bu sənət müzakirəsinin xoşagəlməz notların üzərindən silər. Elə ona görə də, Tarix Əliyevdən xahiş etdim ki, məni verilişə canlı qoşsun ki, sənət gerçəklərinin çalarlarını bir daha anladım... Çünki gözəl bir müzakirəyə səbəb olacaq mövzu açılıb. Bütün sənətkarlar və musiqisevərlər bir-birinə “dəyib”. Tərbiyəli insan olaraq Murad Dadaşovdan üzr istəməyi borc bilirəm. Çünki gəlişinizin ilk günündə sizə və kollektivinizə narahatlıq verdik”.

Sənətçi həmkarı Mətanət Əsədova barəsində isə bu sözləri yazıb: “Uzun zamandır efirdəki davranışına görə uzaqlaşdırılan, həyətda mənə “böyüyümsən”, “siz” deyə müraciət edən, efirdən isə mənə “sən” deyən, özünü ikinci Zeynəb Xanlarova adlandıran, repertuarı çox kasıb və acınacaqlı biri müzakirəmizi küçə söhbətinə gətirdi. Eşşəyə minəndə lovğalanan, ata minsə, ağlı çaşar”.

Qeyd edək ki, ifaçılar arasında qalmaqal Elzanın “Mətanətlər, manaflar gəncləri korlayır” ifadəsi olub. Daha sonra onlar proqramda dava ediblər. Kanalın rəhbəri M.Dadaşov isə bu davanı əsas gətirərək verilişi bağlayıb.

Bütün xəbərlər Facebook səhifəmizdə