Prodüser Tarix Əliyevin (Tolik) aparıcısı olduğu “Hər şey daxil” verilişi bağlanıb. SİA-nın məlumatına görə, bu barədə sosial şəbəkədə məlumat verilib. Buna səbəb ötən gün canlı yayımda Əməkdar artist Elza Seyidcahanla müğənnilər Manaf Ağayev və Mətanət Əsədovanın qalmaqalı səbəb olub.
İki gün öncə telekanalın rəhbəri vəzifəsinə təyin edilən Murad Dadaşov həmin buraxılışdan dərhal sonra iclas keçirib və verilişin bağlanmasına qərar verib.
Məsələ ilə bağlı olaraq Toliklə əlaqə saxladıq. O, verilişinin bağlanması məsələsindən xəbərsiz olduğunu dilə gətirib.
Qeyd edək ki, dünənki proqram zamanı sənətçilər bir-birlərinə qarşı qeyri-etik ifadələr səsləndirib, televiziyaya uyğun olmayan söhbətlər aparılıb. Bu səbəbdən hətta efir yarımçıq dayandırılıb.
Bütün xəbərlər Facebook səhifəmizdə




USD
EUR
GBP
RUB