Samirənin “Eurovision”da oxuyacağı mahnı bəlli oldu VİDEO+FOTO

Samirənin “Eurovision”da oxuyacağı mahnı bəlli oldu VİDEO+FOTO

Bu il Azərbaycanı "Eurovision-2020" beynəlxalq mahnı müsabiqəsində təmsil edəcək müğənni Samirə Əfəndinin yarışmada səsləndirəcəyi mahnı bəlli olub. SİA-nın məlumatına görə, ifaçı müsabiqədə “Cleoptra” adlı mahnını səsləndirəcək.

Qeyd edək ki, şüarı “Open up!” ("Açıl!") olan “Eurovision-2020” mahnı müsabiqəsinin yarımfinal mərhələləri mayın 12 və 14-də, final mərhələsi isə mayın 16-da "Ahoy Arena"da reallaşacaq. Azərbaycan təmsilçisi “Eurovision-2020” müsabiqəsinin birinci yarımfinalının ikinci hissəsində çıxış edəcək.

Bütün xəbərlər Facebook səhifəmizdə