"Əmrahla toyumuzun təxirə düşməsindən çox qorxuram" MÜSAHİBƏ-FOTOLAR

"Əmrahla toyumuzun təxirə düşməsindən çox qorxuram" MÜSAHİBƏ-FOTOLAR

Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının aktrisası Asya Atakişiyevanın SİA-ya verdiyi müsahibəsini təqdim edirik:

- Hazırda hansı tamaşada rol almısınız?

- “Mauqli” tamaşasında rol almışam. Tamaşada nağılçılardan biri mənəm. Tamaşanı rejissor Elşad Rəhimzadə qurub.

- Heç bir serialda rol almamağınızın səbəbi nədir?

- 2020-ci ildə mənə gələn serial təkliflərinə “yox” dedim. Çünki həm serialın ssenarisindən, həm də maddi baxımdan xoşum gəlmədi. Onu da qeyd edim ki, bu vaxta qədər bir çox seriallarda rol almışam. Amma hazırda seriallardan uzaqlaşmaq istəyirəm. Çünki tamaşaçılar məni az-az görüb darıxsınlar (gülür).

- Səsinizdən bəllidir ki, xəstələnmisiniz...

- Bəli, xəstələnmişəm. Amma yenə də işlərimin başındayam.

- Bildiyimizə görə həmkarınız Əmrah Dadaşovla nişanlanmısınız. Toyunuz nə vaxtdır?

- Şəxsi həyatım haqda çox danışmağı sevən aktrisalardan deyiləm. Amma deyim ki, Əmrahla iyun ayının 1-də nikah masasına əyləşəcəyik. Bu tarixi nəzərdə tutmuşuq. Lakin nəyinsə baş verməsindən, Əmrahla toyumuzun təxirə salınmasından çox qorxuram (gülür).

- Ailə qurduqdan sonra sənətinizi davam etdirəcəksinizmi?

- Əlbəttə, aktrisa olaraq fəaliyyət göstərəcəm. Amma bir çox tədbirlərə qatılmayacam. Eyni zamanda bəzi reklam çarxlarına çəkilməyəcəm.

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə