Çeki Can koronavirusa görə karantinə alındı

Çeki Can koronavirusa görə karantinə alındı
Koronavirus şübhəsilə karantinə alındığı deyilən dünya şöhrətli ulduz Ceki Çan açıqlama verib. SİA-nın məlumatına görə, aktyor sosial media hesabında fotosunu paylaşaraq yayıb: "Maraqlanan, narahat olan hamıya minnətdaram. Təhlükəsizlikdəyəm, sağlam və xoşbəxtəm. Məndən nigaran qalmayın, karantində deyiləm. Hamının sağlam və təhlükəsizlikdə olmasını ümid edirəm". Xatırladaq ki, sənətçinin bir neçə həmkarı ilə birlikdə Honq Konqda iştirak etdiyi tədbirdə bir nəfərin koronavirusa yoluxma faktı qeydə alınıb. Bundan sonra aktyor və digərlərinin virusa yoluxmaları şübhəsi ilə karantinə alındıqları bildirilib.

Bütün xəbərlər Facebook səhifəmizdə