Sponsor axtaran model: "Şirkət rəhbərləri bədənimlə maraqlanır" MÜSAHİBƏ-VİDEO

Sponsor axtarışında olan model Arzu Nağıyeva özünə heç kimi rəqib görmədiyini bildirib. SİA-ya bu haqda model müsahibəsində bildirib: "Azərbaycanda model anlayışı yoxdur. Hamı özünə model deyir. Amma mən özümə rəqib görmürəm".

Arzu ona gələn dəvətlərdən də söz açıb: "Mənə bir çox reklam şirkətlərindən təkliflər gəlib. Bildiriblər ki, qeyri-adi bədənin var. Xüsusi ilə qeyd edim ki, Azərbaycanda model anlayışı arıq qız deməkdir. Amma mən balıq ətliyəm. Buna görə də bədənim bir çox reklam şirkətlərinin rəhbərlərinə maraqlı gəlir".

Müsahibənin davamını aşağıdakı linkdə izləyə bilərsiniz:

Müəllif: Ceyran Əsgərova

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...