NEXT qrupu hardan pul qazanır?
NEXT qrupunun yeni albomu bu günlərdə satışa çıxarılacaq. Bu barədə SİA-ya qrupun mətbuat xidmətindən bildirilib. Məlumatda bildirilir ki, bu ay 2 yaşını qeyd edəcək qrup ilk diskini onları sevənlərə hədiyyə etmiş olacaq. Məlumata görə, "Love for sale " adlı albomda 12 mahnı yer alacaq. Qeyd edək ki, disk həm Ukraynada, həm də vətənimizdə hazırlanıb: "Bu albomda yer alacaq mahnıların çox hissəsi Ukraynadakı səsyazma studiyasında lentə alınıb. Bildirək ki, albomun satışı ilə yerli şirkətlərdən biri məşğul olacaq. Artıq bununla bağlı müqavilə imzalamışıq. Heç kimə sirr deyil ki, NEXT yaranan ilk gündən etibarən dünya standartlarına uyğun olaraq qurulmuş piar kampaniyası sayəsində müasirliyini qorumaqla yanaşı, həm də Azərbaycan musiqisini dünyada təmsil etməyə çalışır. Əslində sənətçilərimiz hər zaman albom satışından qazanc əldə etməyin imkansız olduğunu deyir. Bu fikirlə müəyyən mənada razılaşsaq da, lakin bunun mümkünsüz olduğunu düşünmürük. Baxmayaraq ki, biz ayılıb seçilən korporativlərdə, məclislərdə iştirak edərik, amma yenə də hər bir sənətçi üçün xoş olardı ki, öz albomundan qazanc əldə etsin. Çünki, çox sevindirici haldır ki, biz ilk albomumuzu yerli şirkətlərdən birinə sataraq, həm də musiqimizi leqallaşdırmışıq. Onu da deyim ki, "Love for sale" albomu Avropanın müxtəlif şəhərlərində satılacaq",- deyə mətbuat xidmətindən bildirilib.

Onu da qeyd edək ki, bu albom bu günlərdə userlərin ixtiyarına veriləcək NEXT qrupuna məxsus www.nextqrupu.com ünvanında da yerləşdiriləcək.

NEXT qrupu "Okean" adlı musiqini və yeni foto çəkimlərini sizlərə təqdim edir.

http://www.youtube.com/watch?v=-rVqZNdTqS8 – video link

Bütün xəbərlər Facebook səhifəmizdə