Emin 4 gün Amerikada anşlaq konsert verdi FOTOLAR

Xalq artisti Emin Ağalarovun ABŞ-da planlaşdırdığı konsert turnesi başa çatıb. SİA-nın məlumatına görə, müğənni Toronto, Nyu-York, Çikaqo və Los-Ancelesdə çıxışlar edib. Amerika Emini təkcə tamaşaçı ilə dolu olan zalla yox, həm də isti münasibətlə qarşılayıb.

Tədbir boyunca sənətçi "Got me Good", "Boomerang", "Still", "Я лучше всех живу", "Нежная", "Девочка моя" kimi hitlərini səsləndirib.

Eminin ilk konserti Torontoda gerçəkləşib. Digər çıxışı isə Nyu-Yorkda "Town Hall"da baş tutub. Konsert zamanı anası və bacısı da Emini tək qoymayıb.

Konsertdə ən yaddaqalan məqam isə Eminin Müslüm Maqomayevin "Синяя Вечность" mahnısını oxuyan zaman yaşanıb. Tamaşaçılar ifaçı alqışlarla qarşılayıblar.

Konsert ərəfəsində Emin Amerika mediası ilə də görüşüb. O, bir çox telekanallara müsahibə verib.

Bütün xəbərlər Facebook səhifəmizdə