“Hercai”də gözlənilməz ayrılıq

Türkiyənin baxımlı serialı olan “Hercai”də gözlənilməz ayrılıq yaşanıb. SİA-nın məlumatına görə, ekran işinin rejissoru Cem Karcı layihədən uzaqlaşıb. Bu barədə rejissorun özü məlumat verib.

Serialın ilk bölümündən etibarən çox yorulduğunu deyən C.Karcı prodüser Banu Akdənizlə qarşılıqlı razılaşma əsasında bu qərarı verib.

Qeyd edək ki, serialda baş rolları Ebru Şahin və Akın Akınözü canlandırır.

Bütün xəbərlər Facebook səhifəmizdə

loading...