Moldovanın “Eurovision-2011” təmsilçisi “Zdob şi zdub” qrupu mətbuat konfransı keçiriblər
Bu gün Moldovanın "Eurovision-2011" təmsilçisi "Zdob şi zdub" qrupunun üzvləri İctimai Teleradioda mətbuat konfransı keçiriblər. SİA-nın məlumatına görə, 4 nəfərlik qrupun yalnız 2-si konfransda iştirak ediblər. Onlar Roman Lagupov və Svetoslav olub.
Qrup iştirakçısı Roman Lagupov çıxışında bildirib ki, Azərbaycanın "Eurovision-2011" müsabiqəsindəki duetini yüksək qiymətləndiririk: "Azərbaycan təmsilçilərinə birincilik arzu edirik. Sizin təmsilçilərin səsindən, enerjisindən hansı ölkəni təmsil etdikləri anlaşılır. Səfərimizin çox qısa olmasına baxmayaraq, bu xalqın musiqiyə dəyər verdiyini anladıq. Biz yenə də dənizin kənarında yerləşən bu tarixi şəhərə gəlmək istəyirik".
Moldovalı musiqiçilər onu da vurğulayıblar ki, Bakıda olduqları bir gün müddətində İçəşəhəri gəziblər: "Vaxtımız az olduğundan elə də çox gəzə bilmədik. Ancaq bununla yanaşı bir çox tarixi abidələrinizlə tanış ola bildik. Misal olaraq "Qız qalası"nı və Xəzər dənizin sahillərini gəzə bilmişik".
Azərbaycanlıların çox istedadlı xalq olduğunu deyən qonaqlar, müsabiqədən sonra yenidən Azərbaycana bütün heyətlə gəlmək və burada konsert proqramı ilə çıxış etmək niyyətlərini açıqlayıblar. "Eurovision" müsabiqəsində ikinci dəfə ölkələrini təmsil etmək şansı qazanan "Zdob şi zdub", bu dəfə daha çox uğur qazanacaqlarına inanırlar: "2005-ci ildə biz Moldovanı bu müsabiqədə təmsil etdik və altıncı yeri qazandıq. Bu il isə daha yüksək nəticə əldə edəcəyimizə inanırıq".
Roman Lagupov bildirib ki, Düsseldorf Arenada çox yaxşı çıxış etmək istəyindədirlər və Azərbaycan xalqından da özlərinə dəstək gözləyirlər: "Düsseldorfda biz Berlində işıq üzü görən yeni albomumuzu da təqdim etmək fikrindəyik. Bu mahnımız da həmin diskdə olacaq. Çoxları üçün maraqlıdır, bizim ikinci dəfə bu müsabiqəyə qatılmaqda istəyimiz nədir? Biz bir daha özümüzü sınamaq istəyirik və gələcəkdə bununla bağlı xatirələrimizin çox olmasını istəyirik. Bu müsabiqə çoxları üçün maraqlı və asan gəlir. Ancaq "Eurovision"da çıxış etmək və ölkə təmsilçiliyi üzərinə götürmək çox çətindir. Sözsüz ki, hamı bu müsabiqəyə birincilik olmaq üçün qatılır. Elə bizim də məqsədimiz qalib olmaqdır". Qrupun hər iki üzvü azərbaycanlı dostlarının olduğunu da bildiriblər.
Qeyd edək ki, Moldova təmsilçiləri Azərbaycan əvvəl Ermənistan və Gürcüstanda çıxış ediblər. Onlar olduqları hər bir ölkədə yüksək səviyyədə qarşıladıqlarını diqqətə çatdırıblar.
Tədbirdə "Zdob şi zdub" qrupunun 56-cı "Eurovision" səhnəsində ifa edəcəkləri "So Lucky" mahnısının promo- roliki də nümayiş etdirilib. Qrup üzvlərinin Bakıya səfəri bu gün başa çatır və onların növbəti səfəri Türkiyəyə olacaq.

Bütün xəbərlər Facebook səhifəmizdə

USD
EUR
GBP
RUB